Ağdaban soyqırımından 29 il ötür

Bu gün Ağdaban soyqırımının ildönümüdür.

Soyqırımın baş verməsindən 29 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Əvvəlki məqaləRusiya Azadlıq Radiosunu bir milyon dollar cərimələyib
Növbəti məqalədəDİM dövlət qulluğuna qəbul imtahanları keçirəcək