Aleksey Navalninin işində vəkillik edən İvan Pavlov FTX tərəfindən həbs olunub

Rus vəkil, hüquq müdafiəçisi İvan Pavlov.

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada “Komanda 29” hüquq müdafiəsi təşkilatının rəhbəri İvan Pavlovu həbs edib Pavlovun ofisində və evində axtarışlar aparılıb. FTX işçiləri səhər saat 5-də Pavlovun qaldığı “Mercury” mehmanxanasına gəliblər. Onun otağının qarşısında iki nəfər hələ də keşik çəkir.

“Komanda-29” hüquq müdafiəsi təşkilatının məlumatına görə təşkilatın başqa bir üzvü IT-mütəxəssiz İqor Dorfmanının da Sankt-Peterburqdakı evində axtarış aparılıb.

İvan Pavlovu “İlkin istintaq məlumatlarının yayılması” maddəsi ilə həbs ediblər, onu 2 il həbs yaxud da 80 min rubl həcmində cərimə gözləyir.

Xatıralaq ki, İvan Pavlov Rusiyada bir çox siyasi məhkəmə işlərində vəkil kimi çıxış edir. O dövlətə xəyanət maddəsi ilə həbs olunmuş jurnalsit İvan Safranovun və müxalif lider Aleksey Navalnının yaratdığı “Korrupsiya ilə mübarizə fondu”nun məhkəmə işlərində vəkil kimi çıxış edir.

MƏNBƏgazeta.ru
Əvvəlki məqaləRusiyadan Erdoğanla bağlı açıqlama
Növbəti məqalədəİsraildə dini bayram zamanı yaranan izdihamda 40-dan çox insan ölüb