Amerika müttəfiqlərinə Rusiya silahları ilə bağlı xəbərdarlıq edib

Amerikanın xarici işlər naziri Antony Blinken müttəfiq dövlətlərə Rusiyadan silah almamaları ilə bağlı xəbərdarlıq edib. Blinken bildirib ki, əgər bu hal genişlənsə və davamlı olsa, Amerika daha sərt sanksiyalar barəsində düşünəcək.

Blinken Türkiyə başda olmaqla bütün NATO üzvlərinə NATO-nun düşmənləri ilə hərbi müttəfiqlik içində olmamağı tövsiyyə edib. Xüsusən, Rusiya istehsalı olan S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınması ilə bağlı narahatlıq ifadə edib.

XİN başçısı son olaraq ABŞ-ın düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə qanunu (CAATSA) çərçivəsində də müxtəlif addımlar atılacağını bildirib. Bundan əvvəl isə ABŞ Türkiyənin F-35 proqramından rəsmi olaraq çıxarıldığını Ankaraya bildirib. Bu barədə Pentaqondakı mənbə məlumat verib.

Pentaqon rəsmisi 2006-cı ildə iştirakçıların imzalamsı üçün açılan və 2007-ci ilin 26 yanvarında Türkiyənin imzaladığı “Birgə Əməkdaşlıq Memorandumu”nun ləğv olunduğunu, həmçinin yeni razılaşma mətninə Türkiyənin daxil edilmədiyini bildirib.

Qeyd olunub ki, başqa dövlət əlavə edilmdən 2006-cı il memorandumu öncəki 8 iştirakçı ilə birlikdə yenilənib.

“Birgə Əməkdaşlıq Memorandumu”na əsasən, Türkiyə ilk mərhələdə 100 ədəd F-35A döyüş təyyarəsi əldə etməli idi.

2018-ci ildə əvvəl 4, sonra isə 2 ədəd F-35 döyüş təyyarəsinin mülkiyyət hüquqları Türkiyəyə verilsə də, ABŞ ilə Türkiyə arasında S-400 HHM sistemi böhranın çıxması F-35-lərin təhvil verilməsinə əngəl olub. Nəticədə həmin 6 ədəd F-35 ABŞ Hərbi Hava Qüvvələri tərəfindən satın alınıb.

Əvvəlki məqaləAvropa İttifaqı Azərbaycanı erməni əsirləri qaytarmağa çağırır
Növbəti məqalədəTürkiyədə 17 günlük sərt karantin dövründə içki satışına qadağa qoyulub