Artıq Fransada preizdent seçkilərinə namizədliklər elan olunur

Fransada aşırı sağçı Milli Birlik Partiyasının (RN) lideri Marine Le Pen 2020-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olduğunu açıqlayıb. 

Le Pen keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə keçirilən anket sorğularının nəticələri göstərib ki, o, seşkilərdə iştirak etsə hətta ikinci tura da keçə bilər.

“Anket nəticələri göstərir ki, zəfər mənim olacaq”, – deyə o, bildirib.

Ölkədə keçirilən anket sorğularının nəticələrinə görə, Marine Le Pen prezident seçkilərinin ikinci turunda yarışacağı təqdirdə, seçicilərin səslərinin ümumilikdə 48%-nə sahiblənə bilər. Marine Le Pen 2017-ci ildə keçirilən prezident seçkilərində iştirak edib. O, ilk turda 21,3% səs, ikinci turda isə 33,9% səs toplayıb.

Bundan əvvəl aşırı solçu olan Boyun Əyməyən Fransa Hərəkatının (LFI) lideri Jean-Luc Melenchon və Fransanın Hauts bölgəsinin keçmiş rəhbəri Xavier Bertrand da 2022-ci ildə keçiriləcək prezident seçkilərinə iştirak edəcəyini bildirmişdi.

Əvvəlki məqaləErkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Növbəti məqalədəAlibaba 2,8 milyard dollar cərimə edilib