Avropa İttifaqı Azərbaycanı erməni əsirləri qaytarmağa çağırır

Erməni əsirlər.

Avropa İttifaqının Avropa Şurasındakı nümayəndə heyəti Nazirlər Komitəsinin 28 aprel 2021-ci il tarixli iclasında bəyanatla çıxış edib. Bəyanatda deyilir:

Avropa İttifaqı tərəflərin 9 noyabr 2020-ci il tarixində nail olduqları atəşkəs sazişindən sonra atəşkəs rejiminin möhkəmləndirilməsini və cəsədlərin verilməsi,  münaqişə zamanı zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi məsələlərində əldə edilmiş bir sıra müsbət nəticələri alqışlayır.

“Lakin Avropa İttifaqı bir daha bəyan edir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi və davamlı sülhə doğru irəliləyişə nail olunması üçün yeni səylər lazımdır. Bu, düşmənçilik və təhqiramiz ritorikanın dayandırılmasını, həbs edilmə şəraitindən asılı olmayaraq, digər hərbi əsirlərin və saxlanılmış şəxslərin tez bir zamanda geri qaytarılmasını, həmçinin minalardan təmizləmə də daxil olmaqla, digər mühüm məsələlər üzrə əməkdaşlığı əhatə edir”.

Bəyanatın sonunda Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin istədiyi informasiyanı təqdim etməyə çağırılır.

Əvvəlki məqaləKoronavirusa qarşı peyvəndin yaradıcısı Avropada kollektiv immunitetin iyul ayında yaranacağını deyir
Növbəti məqalədəAmerika müttəfiqlərinə Rusiya silahları ilə bağlı xəbərdarlıq edib