Bu il Pekin dünyada ən çox milyarderin yaşadığı şəhər olub

Pekin.

Forbes dərgisi hər il olduğu kimi 2021-ci ildə də milyarderlərin siyahısını açıqlayıb. Yeni reytinq cədvəlinə görə yaşayan milyarderlərin sayına görə liderlik edən Nyu-York şəhəri ikinci yerə düşüb. Birinci yerdə isə Pekin qərarlaşıb.

2020-ci ildə Pekində 33 yeni milyarder ortaya çıxıb. Ümumilikdə isə Pekin şəhərində indi 100 milyarder yaşayır. Nyu-Yorkda bu qərəm 99-dur. Nyu-Yorkda isə 2020-də cəmi 7 yeni milyarder peyda olub. Nyu-York şəhərinin əhalisi də Pekinin əhalisinin 40 faizini təşkil edir. Belə ki, Nyu-Yorkun 8,4 milyon, Pekinin isə 21 milyon əhalisi var.

Pekinin ən varlı sakini Çjan İmin TikTok ByteDance adlı ana platanın yaradıcısıdır. Onun varidatı 35,6 milyard dollardır. Nyu-Yorkun keçmiş meri Maykl Blumberq isə öz şəhərinin ən varlı sakinidir. Onun var-dövləti 59 milyard dollardır.

ABŞ-da artıq çoxdandır dünyanın milyarderlərinin çoxu yaşayır, amma kin yavaş-yavaş ABŞ-a çatır. Forbes dərgisinin hesabatına görə Çin və ona bağlı olan Honq-Konqda son illər milyarderlərin sayı 210 nəfərə çatıb və bu istənilən ölkədə yaşayan milyarderlərin sayından çoxdur.

Beş Çin şəhəri birlikdə dünyada ən çox milyarderin yaşadığı şəhərdir. ABŞ-ın San-Fransiska şəhəri isə 48 milyarderin yaşadığı şəhər olaraq Çini geridə qoyur.

Forbes dərgisi iddia edir ki, keçən il pandemiya və iqtisadi geriləmələrə baxmayaraq varlı insanlar daha da varlanıb. Belə ki, bütün dünya boyu 660 nəfər yeni milyarder peyda olub.

MƏNBƏForbes
Əvvəlki məqaləPaşinyan Putindən kömək istəyib
Növbəti məqalədəMerkel Putini rus hərbçilərini Ukrayna sərhəddlərindən çəkməyə çağırıb