‘Facebook’ Donald Trampın səsini də qadağan edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın gəlini Lara Tramp Trampın verdiyi bir müsahibəni ‘Facebook’da paylaşdıqdan sonra sosial şəbəkə paylaşımı silib və bildirib ki, Trampın səsi də ‘Facebook’da qadağandır. 

‘Fox News’ kanalının müxbiri olan Lara Tramp bu müsahibəni ABŞ konqresinə hücumdan sonra hazırlayıb.

Trampın gəlini Lara Tramp isə buna cavab olaraq bildirib ki, Corc Oruellin ‘1984’ əsərinə bir addım da yaxınlaşdıq.

Feysbuk Trampın hesabını 7 yanvarda dondurub. Şəbəkənin rəhbəri Mark Zukerberq bildirib ki, bu dönəmdə Trampın bizim xidmətlərimizdən istifadə etməsinin riskləri böyükdür.

Həmin vaxtlarda Trampın ‘Twitter’ hesabı da dondurulub və ‘Youtube’ kanalı əngəllənib.

Əvvəlki məqaləNavalnı aclığa başladı
Növbəti məqalədəSaleh Rüstəmli ölüm aclığına başlamaq istəyir