Feysbukda 500 milyondan çox istifadəçinin məlumatlarının ələ keçirildiyi bildirilir

Feysbukda 533 milyon istifadəçiyə aid məlumat bir xaker platformasında yayılıb.

Məlumlatlara görə 106 ölkədən olan 533 milyon istifadəçinin məlumatları platformada pulsuz və açıq paylaşılıb.

Xakerlərin ələ keçirdiyi informasiyalara daxildir istifadəçilərin telefon nömrələri, mailəri, doğum tarixləri və yer bilgiləri.

Fərdi məlumatları nəşr olunan istifadəçilərin 32 milyondan çoxunun ABŞ-dan, 11 milyonunun İngiltərədən və 6 milyonunun Hindistandan olduğu bildirilib.

Təhlükəsizlik mütəxəssisləri məlumatların hakerlər tərəfindən saxtakarlıqla istifadə oluna biləcəyi barədə xəbərdarlıq ediblər.

MƏNBƏ‘Business Insider’
Əvvəlki məqaləİordaniya kralının qardaşı Həmzə ibn Hüseyn ev dustaqlığına salındığını bəyan edib
Növbəti məqalədəVyosa Osmani Kosovo prezidenti seçilib