İran: “İsraildən bu hücumun qisasını alacağıq”

Məhəmməd Cavad Zərif

“İsrail hədəflərinə çatmayacaq. İranın nüvə bazasına hücuma görə İsraildən qisas alacağıq”

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyana görüşləri ilə əlaqədar təşkil olunan Milli Təhlükəsizlik Komissiyasının iclasında danışarkən deyib.

Zərif bildirib ki, Amerikanın sanksiyaları qaldırmaq yolu ilə bağlı İranın atdığı uğurlu addımlarından sonra İsrail bu hücumla qisas almaq istəyib: “İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə bildirirlər ki, onlar nüvə danışıqları ilə bağlı irəliləməyə və ədalətsiz sanksiyaların ləğvinə imkan verməyəcəklər. Bu gün onlar öz məqsədlərinə çatdıqlarını düşünürlər”, – deyə İran XİN başçısı vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə bildirib ki, İran vaxtı çatanda İsraildən intiqam alacaq. O, hadisə nəticəsində istismardan çıxarılan bütün sentrifuqaların “IR1” olduğunu və onların yeni sentrifuqalarla əvəz ediləcəyini deyib.

Əvvəlki məqaləBelarus höküməti ölkədə “Euronews” kanalının yayımını dayandırıb, Rusiyanın “Pobeda” kanalını açıb
Növbəti məqalədəİlham Əliyev: “Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib “