Koronavirusa qarşı peyvəndin yaradıcısı Avropada kollektiv immunitetin iyul ayında yaranacağını deyir

Koronavirusa qarşı peyvəndin yaradıcısı, BionTech şirkətinin qurucusu Uğur Şahin.

BioNTech şirkətinin yaradıcısı Uğur Şahin onun firması ilə amerikan firması olan Pfizer-in birgə yaratdığı koronavirusa qarşı peyvəndin koronavirusun hind ştammına qarşı da effektivdir. Onun sözlərinə görə mütəxəssislər artıq bu mutasiya növünü öyrəniblər, amma onunla bağlı sınaqlar hələlik başa çatmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə Hindistanda ortaya çıxmış koronavirusun mutasiyası artıq dünyanın 17 ölkəsində mövcuddur.

Uğur Şahin həmçinin qeyd edib ki: “Avropa iyul ayında kollektiv immuniteti qazanacaq, bu ən geci avqust ayında baş verəcək. Başqa ölkələrdə isə peyvəndləmə hələlik yavaş sürətlə gedir. Deməliyəm ki, dünyanın çox yerində peyvəndə ehtiyacı olan adamlar var. Bu problemin həlli bütün insanlığın birgə səyləri ilə baş tutacaq”.

Uğur Şahin həmçinin xəbərdarlıq edib ki, koronavirusa qarşı immunitetin tam möhkəmləndirilməsi üçün Pfizer vaksini üçüncü dəfə də vurulmalıdır. Ancaq bu ilk dəfədən bir il sonra vurulsa yaxşı olar.
MƏNBƏeuronews.com
Əvvəlki məqaləRobert Koçaryan: “Türkiyə ilə sərhəddlər açılsa kənd-təsərrüfatımıza nəhəng zərərlər dəyəcək”
Növbəti məqalədəAvropa İttifaqı Azərbaycanı erməni əsirləri qaytarmağa çağırır