Lukaşenko Belarusun bəzi ölkələrdəki səfirliklərini bağlamaq istəyir

Belarus prezidenti Aleksandr Lukaşenko bəzi ölkələrdə Belarus səfirliyinin qalmasının mənasız olduğunu bildirib. Lukaşenko bildirib ki, bəzi ölkələrdə uzun illər davam edən praktiki fəaliyyətimiz göstərir ki, bu ölkələrdə səfirlik saxlamağın mənası yoxdur. 

O, diplomatiya sahəsində bu yaxınlarda Polşa və Litva ilə olduğu kimi qarşılıqlı şərtlər üzərində çalışmalı olduqlarını vurğulayıb.

Xaricdə yeni qurumların açılması üçün əsas şərt kimi mövcud mənbələrin əhatəli şəkildə bölüşdürülməsinə əsaslanacaqlarını təkrarlayanprezident qeyd edib ki, gərəksiz şəkildə kadrların sayının artırılmasına ehtiyac yoxdur.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini Xalqların birlik günü münasibətilə təbrik edib. Təbrikdə hər iki ölkənin misli görünməmiş xarici təzyiqə məruz qalmasından şikayət yer alıb.

Bununla əlaqədar Lukaşenko Putinə İttifaq dövləti çərçivəsində inteqrasiyanı dərinləşdirməyi təklif edib: “Belə halda İttifaq dövlətinin bütün müstəvilərdə konsolidasiyası bizə çağdaş həmlələrin və təhdidlərin spektrinə operativ və effektli reaksiya göstərmək imkanı verər, regionda təhlükəsizliyi və strateji sabitliyi etibarlı şəkildə təmin edər”.

Əvvəlki məqaləMorqan Friman: “Mənə güvənirsinizsə peyvənd etdirin”
Növbəti məqalədəRusiyanın sosial şəbəkələrə təzyiqi davam edir, indi də “TikTok” cərimələndi