Neft və qaz bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 62,98 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,02% artaraq 59,33 dollar təşkil edib.

Bununla yanaşı, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,63% artaraq 2,562 ABŞ dolları təşkil edib.

Əvvəlki məqaləDünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfərə çatır
Növbəti məqalədəİngiltərədə karantin yumuşaldılır, toylara da icazə veriləcək