Putin yenidən prezidentliyə namizəd ola biləcək

Russian President Vladimir Putin speaks during a state-of-the nation address in Moscow, Russia, Wednesday, Dec. 12, 2012. Putin delivered his first state-of-the nation address since winning a third term in March's election despite a wave of massive protests in Moscow. Putin has taken a tough course on dissent since his inauguration, with opposition activists arrested and introduction of laws that impose heavy fines on protesters.Putin said Wednesday that the government would focus on developing high-tech industries to make sure that Russia succeeds in global competition. (AP Photo/Alexander Zemlianichenko)

Rusiya prezidenti Vladimir Putin dövlət başçısına yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu təsdiqləyib. Seçki və referendumla bağlı qanunvericiliyi Rusiya konstitusiyasında edilən dəyişikliklərlə uyğunlaşdıran qanun layihəsini Putin imzalayıb.

Qanuna görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu, mövcud dövlət başçısına daha 2 müddətə yenidən prezidentlik vəzifəsini icra etməyə imkan verir.

Yeni qanuna görə, ancaq 35 yaşına çatmayan, son 25 ili Rusiyada yaşayan, başqa ölkə vətəndaşlığı olmayan və ya oturum icazəsi almayan şəxslər prezidentliyə namizəd ola biləcəklər.

Rusiya Federasiyası Konstitusiyasının eyni şəxsin Rusiya Federasiyası Prezidenti vəzifəsini tuta biləcəyi müddət sayını məhdudlaşdıran müddəası Rusiya Federasiyası Prezidenti vəzifəsini tutmuş və (və ya) hazırda tutan şəxsə müvafiq məhdudlaşdırmanı nəzərdə tutan qanunun qəbulundan əvvəl vəzifədə olduğu müddətlər nəzərə alınmadan şamil edilir.

Əvvəlki məqaləTƏBİB COVİD xəstələrinə və həkimlərə müraciət edib
Növbəti məqalədəMTN generallarının həbs edilməsinin səbəbləri açıqlanıb