Rusiya Ukrayna ilə sərhəddə 4 min əsgər gətirib, yeni münaqişə gözlənilir

Ukrayna ilə sərhəddə rus ordusu.

Amerikan The New York Times qəzeti martın 30-dan etibarən Ukrayna ilə Rusiya sərhədd xəttində təqribən 4 min əsgərin hərəkət etdiyini bəyan edib. Bu rəqəmləri qəzetə rus rəsmi mənbələrindən biri bildirib. Bununla yanaşı qəzetin məlumatına görə ABŞ hərbi qüvvələrinin Avropa komandanlığı müşahidə səviyyəsini artırıb.

Rusiya sərhəddə yaxın ərazidə etdiyi hərbi təlim martın 23-də bitsə də hələ də təlim üçün gələn hərbçilər ərazidə qalıblar. Bundan əlavə sosial şəbəkələrdə Rusiyanın Bryansk, Voronej və Rostov vilayətlərinə, həmçinin işğal olunmuş Krıma əlavə hərbi qüvvələr gətirdiyi deyilir.

Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatları şərh etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna sərhəddi boyu rus silahlı qüvvələrinin aktivliyini “öz ərazimizdə fəaliyyətimiz” adlandırıb və “bu heç kimi narahat etməməlidir” deyib. Peskov həmişəki kimi rus əsgərlərinin Ukraynadakı vətəndaş müharibəsinə qarışmadığını, heç vaxt orda iştirak etmədiyini bildirib.

Digər tərəfdən Ukrayna höküməti isə 2014-cü ildə Krımın işğalından sonra Donbass bölgəsindən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin olduğunu və bu qüvvələrin rus ordusundan yardım aldığını, rus ordusunun birbaşa Ukraynaya qarşı separatçıların müharibəsində də iştirak etdiyini dəfələrlə bəyan edib.

Əvvəlki məqalə12 ölkə Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb
Növbəti məqalədəBayden yenə təyyarəyə qalxarkən yıxılmaq təhlükəsi ilə üzləşib