Saleh Rüstəmli ölüm aclığına başlamaq istəyir

“Mənə dedilər, qardaşın yazsın ki, Əli Kərimli məni aldadıb, səhv yola çəkib, İlham Əliyevdən üzr istəyirəm”.

Siyasi məhbus Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmli “Toplum TV”-yə müsahibəsində belə deyib.

O, əfv ərizəsi yazması üçün qardaşına təzyiq edildiyini bildirib.

“Təzə tutulanda təhdid edirdilər ki, əfv ərizəsi yazmasan, səninçün yaxşı olmayacaq, filankəs yalvardı, sən də yalvaracaqsan, səni sındıracağıq.Qardaşım da cavab verirdi ki, 7 il iş vermisiz, axıra kimi bu cəzanı çəkəcəm, amma ərizə yazmayacam. Mağazası vardı, müsadirə etdilər. 13 saylı cəzaçəkmə müəssisəsinin əvvəlki rəisi cavan oğlan idi, onun yanında Ədliyyə Nazirliyinin nümayəndəsi Salehə demişdi ki, elə edəcəyik, sən də filankəs kimi özün gəlib yalvaracaqsan. Həmin adam indi partiya sədridir, adını çəkmək istəmirəm”.

T.Rüstəmlinin sözlərinə görə, qardaşıyla yaxınlıq edən məhbusları da incitməyə başlayıblar.
“Görürlər Saleh ərizə yazmır, yalvarmır, keçiblər ətrafındakı adamlara. İndi də yanına gəlib-gedən adamlara təzyiq edirlər, kim ki onunla çörək yeyir, onlar haqqında çox əxlaqsız sözlər yayırlar. Qardaşım buna etiraz olaraq ölüm aclığına başlayacağını deyir.

Bundan əvvəl jurnalist Bəhruz Əliyev Salehlə çörək yeyirdi, onu ordan çıxarıb 2-ci kalona göndərdilər. O gedəndən sonra başqa adamla oturur, indi də onun haqqında söz-söhbət etməyə başlayıblar. Qardaşım deyir ki, bu üsulla onu hamıdan təcrid etmək, təkləmək istəyirlər”.

Onun sözlərinə görə, qardaşına vəkili Bəhruz Bayramovla da görüşməyə icazə verilməyib:
“Martın 28-də vəkili getmişdi, Salehlə rəisin otağından telefonla danışa bilib. Vəkil deyir, rəis söz verib ki, o adamları cəzalandıracaq, xahiş edib ki, Saleh aclığa kampaniyasına başlamasın”.

Taleh Rüstəmov bildirir ki, onlara da müxtəlif təkliflər edilib: “İlk günlərdə çox təztiqlər oldu. Respublika Prokurorluğundan gəldilər rayona, dedilər ki, bax sizin obyektinizi əlinizdən almırıq, evinizə də dəymirik, hələ sizə şərait də yaradarıq. Qardaşın bir kəlmə yazsın ki, Əli Kərimli məni aldadıb, səhv yola çəkib, İlham Əliyevdən üzr istəyirəm. Dedim, bəyəm qardaşım uşaqdır? 52 yaşı var, aldadıb nədir? Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsin
Əvvəlki məqalə‘Facebook’ Donald Trampın səsini də qadağan edib
Növbəti məqalədəGürcülər Gürcüstanın ərazi bütövlüyünü tanımayan rus jurnalisti ölkədən qovublar