Şimali Koreya Tokio olimpiadasından çəkildi

Şimali Koreya idmançılarını yeni növ koronavirus (Covid-19) epidemiyasından qorumaq üçün Tokio olimpiadasında iştirakdan imtina edib. 

İyulda keçiriləcək olimpiadanın təşkilat komitəsi də qərarın gözlənilməz olduğunu bildirib. Məlumata görə hələlik yarışlardan çəkilən yeganə ölkə Şimali Koreyadır.

Şimali Koreya isə bildirib ki, hökumətimiz Tokio olimpiadasının Koreya yarımadasında sülh üçün bir fürsət olacağına, eyni zamanda koreyalılar arasında birliyi və əməkdaşlığı artıracağını ümid edir.

Şimali Koreya lideri Kim Çen İn isə bundan əvvəl açıqlmasında olimpiadaya komanda göndərmək istədiklərini açıqlamışdı.

Olimpiada Yaponiya paytaxtında ötən il 24 iyul – 9 avqustda keçirilməli idi. Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını bu ilə təxirə saldı. Buna səbəb koronavirus epidemiyasının geniş yayılması olub.

Əvvəlki məqaləMTN generallarının həbs edilməsinin səbəbləri açıqlanıb
Növbəti məqalədəÇeçenlərin təzyiqi ilə homoseksual çeçen haqda film festivaldan çıxarılıb