“Uber” ayrıseçkilik etdiyinə görə bir milyon dollardan çox cərimə ödəyəcək

Sərnişin daşıma xidməti göstərən “Uber” şirkəti San Fransiskoda yaşayan bir görmə əngəli olan qadının şikayəti əsasında 1.1 milyon dollar (1 milyon 87 min manat) cərimələnib. 

Qadın 2018-ci ildə görmə ənəglli olduğuna görə və iti ilə birlikdə səfər etmək istəməsinə görə taksi şoferi tərəfindən rədd edildiyini iddia edib və bildirib ki, bu ayrıseçkilikdir.

Taksi şoferi tərəfindən 2 dəfə qısnamaya da məruz qaldığını bildirən qadın deyib ki, o, dəfələrlə şikayət etməsinə baxmayaraq, şirkət bir tədbir görməyib.

Məhkıməyə müraciət edən qadının vəkili məhkəmə hakimləri inandıra bilib ki, bu birbaşa ayrıseçkilikdir.

Sonda məhkəmə sözügedən ittihamları sübuta yetirilmiş hesab edib və şoferin sözgedən əməllərinə görə “Uber” şirkətini 1.1 milyon dollar (1 milyon 87 min manat) cərimələyib.

Əvvəlki məqaləJurnalist Cəmil Məmmədli Quba rayon icra hakimi tərəfindən məhkəməyə verilib
Növbəti məqalədəBu gündən dörd şəhər, bir rayonda məktəblər bağlandı