“Bakı Metropoliteni” yeni stansiyasının inşasına başlayır

“Bakı Metropoliteni” QSC Bənövşəyi xəttin şərti adı B4 olan yeni stansiyasının inşasına hazırlaşır.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov qeyd edib ki, bu, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarından sonra sayca 4-cü stansiyadır:

“Stansiyanın inşası ilə bağlı ilkin hazırlıq işləri başlayıb. Burada ən müasir inşaat üsullarından istifadə ediləcək. O cümlədən divarlarda qrunt üsulu tətbiq ediləcək. Bu üsulun ən böyük üstünülüyü məhdud ərazidə maksimum keyfiyyətli işə imkan verməsidir”

Onun sözlərinə görə, B4 stansiyası Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir.

Əvvəlki məqaləFIDE reytinqi: Məmmədyarov və Rəcəbov mövqeyi
Növbəti məqalədəBaş Prokurorluqdan Eldar Həsənovla bağlı açıqlama yaydı