“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox hansı ölkə axtarıb?

Türkiyə istehsalı Pilotsuz Uçuş Aparatı (PUA) olan “Bayraktar TB2” googledə son bir ayda ən çox Ermənistandan axtarışa verilib. 

Dünyanın ən böyük axtarış sistemi olan “Google”-nin məlumatlarına görə, “Bayraktar TB2” son bir ayda sistemdə minlərlə dəfə axtarışa verilib və ən çox da Ermənistandan axtarışa verilib.

Xüsusən İkinci Qarabağ Müharibəsində həll edici rollardan birində olan PUA-lar diqqətləri öz üzərlərinə çəkə bilmişdilər. Məlumatlara görə, axtarışa verən ölkələrin indeksində Ermənistandan sonra Azərbaycan və Türkiyə gəlir.

Yunanıstanda da bu PUA-lara maraq artıb. Yunanıstan “Bayraktar TB2”-ni ən çox axtarışa verən ölkələrin siyahısında dördüncüdür.

“Bayraktar” PUA layihəsi üzərində çalışmalar 2000-ci illərdə başlayıb. Bu gün Türkiyə və Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında olan TB2 modeli 2009-cu ildə buraxılmış TB1 modelinə əsaslanır. “Bayraktar TB2” modelinin texniki xarakteristikaları belədir:

Uzunluğu: 6,5 metr

Qanadların genişliyi: 12 metr

Maksimal uçuş çəkisi: 650 kiloqram

Yükgötürmə qabiliyyəti: 55 kiloqram

Maksimal sürəti: 222 km/saat

Kreyser sürəti 130 km/saat

Fəaliyyət radiusu: 150 kilometr

Tavanı: 8200 metr

Avtonomluğu: 24 saat

Əvvəlki məqalə“Sabah” qəzeti Rəhimovun ölümünü “Azərbaycanı yasa boğan ölüm” başlığı ilə paylaşıb
Növbəti məqalədəKarlsen qalib, Məmmədyarov 3-cü oldu