Microsoftun yaradıcısı Bill Qeyts 27 il evlilikdən sonra boşanmaq qərarı verib

Bill Qeyts və arvadı Melinda Qeyts.

Microsoft şirkətinin yaradıcısı amerikalı milyarder Bill Qeyts arvadı Melinda Qeytsdən boşanma ilə bağlı qərar erib.

Bill Qeyts bu haqda Twitter hesabında bildirib. O yazıb ki: “Münasibətimiz haqqında xeyli müddət düşündükdən sonra evliliyimizə son vermə qərarına gəldik”.

Bill Qeyts həmçinin qeyd edib ki, 27 illik evlilikləri boyu dünyaya 3 uşaq gətirib və onları yetişdiriblər, qurduqları fond vasitəsilə dünyanın hər yerində insanların sağlam və məhsuldar həyat yaşaması üçün birgə fəaliyyətlərimizi davam etdirəcəyik, ancaq həyatımızın bundan sonrakı mərhələsində cütlük olaraq birlikdə boy artımı edə bilməyəcəyimizi düşünürük.

Qeyd edək ki, üç uşaqları olan cütlük “Bill & Melinda Gates Foundation” adlı xeyriyyə cəmiyyətinin rəhbərləridir.

65 yaşlı Bil Qeytslə arvadı 56 yaşlı Melinda Qeyts 1987-ci ildə tanış olmuş, 1994-cü ildə evlənmişlər.

Melinda Qeyts Forbes jurnalının “2020-ci ildə Dünyanın ən güclü və uğurlu 100 qadını” reytinq cədvəlində 5-ci yerdə durur. Dünyanın ən varlı 10 insanı arasında xeyli müddət birinci yerdə duran Bill Qeytsin şəxsi sərvəti 130 milyard dollar civarında olduğu deyilir.

Əvvəlki məqaləBakıda Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkının salınması təklif edilir
Növbəti məqalədəMüğənni Aslan Hüseynov yol qəzasında ölüb