Müğənni Aslan Hüseynov yol qəzasında ölüb

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

“Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib”.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.

Əvvəlki məqaləMicrosoftun yaradıcısı Bill Qeyts 27 il evlilikdən sonra boşanmaq qərarı verib
Növbəti məqalədəPaşinyan Rusiyanın Azərbaycan sərhəddindəki iki bazasından danışıb