Putin məktəbli uşağı olan ailələrə 10 min rubl verilməsilə bağlı qərar imzalayıb

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin 6-18 yaş arası uşaqları olan ailələrə avqust ayında 10 min rubl (226 manat) verilməsi ilə bağlı qərar imzalayıb. Yardımın bu ailələrə birdəfəlik verilməsi nəzərdə tutulub. 

Bu barədə Kreml-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 1 sentyabra kimi tapşırıq icra edilməlidir və bununla bağlı prezidentə məruzə edilməlidir.

Putin əlillik dərəcəsi olan şagirdələrə fərqli ödəmə sistemi tətbiq edilməsini əmr edib. Birdəfəlik yardımın əhatə dairəsində 17 milyon ailənin olduğu bildirilir.

Putin bundan əvvəl Federal Məclisdə çıxış edərək bildirmişdi ki, hər məktəbli uşağa 10 min rubl (226 manat) ödənəcək. Ailələrə ödənişlər avqust ayında tamamlansın ki, onlar məktəblər açılana kimi hazırlıq görə bilsinlər.

Əvvəlki məqaləAğstafada gün ərzində ikinci dəfə zəlzələ olub
Növbəti məqalədəBakıda Azərbaycan-Türkiyə-İsrail-Pakistan dostluq parkının salınması təklif edilir