Putinin mətbuat katibi Paşinyanın yalanını ifşa etdi

Dmitri Peskov

“Ermənistan tərəfi Zəngəzurdakı (Sünik) vəziyyətlə bağlı Rusiyaya kömək üçün müraciət etməyib”.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, kömək istəməyiblər. Əlbəttə ki, erməni tərəfi sərhəddəki vəziyyətlə bağlı olduqca narahat olduğunu ifadə edib”, – deyə D.Peskov bildirib.

Xatırladaq ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Paşinyanla Vladimir Putin arasında telefon danışığı zamanı, erməni baş nazirin Rusiya liderinə İrəvanın Zəngəzurda baş verənlərlə bağlı KTMT-yə müraciət etmək qərarı barədə məlumat verdiyini açıqlamışdı.

Əvvəlki məqaləRəsmi Bakıdan Ermənistana çağırış
Növbəti məqalədəDünyanın ən böyük kripto valyuta birjası barəsində təhqiqat başlandı