Rusiyada 9 milyon insan koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurdurub

Koronavirusa qarşı peyvənd.

Rusiyada koronavirusa qarşı peyvəndin hər iki dozasını əhalinin 9 milyonu, ilk dozasını isə 13 milyonu vurdurub.

Rusiya sakinlərinə əsasən öz peyvəndi olan “Sputnik V” vurur. Rusiya prezidendi ölkənin Səhiyyə Nazirliyinə tapşırığında qeyd edib ki, “Həm nazirlik, həm də regionların rəhbərləri bu işlə gündəlikdəki birinci məsələ kimi məşğul olsunlar. Əhalinin hər yerdə peyvənd vurdurmaq imkanı olmalıdır ki, payıza kimi ölkədə kollektiv immunitet yaradılsın”

Rusiya kütləvi peyvəndləməni sürətləndirmək istəyir, amma hələlik ölkədə peyvəndin hər iki dozasını əhalinin cəmi 8 faizi qəbul edib. Xatırladaq ki, İsraildə bu rəqəm 63 faiz, Böyük Britaniyada 50,5 faiz, ABŞ-da 44,18 faizdir.

Əvvəlki məqaləFuad Rəsulzadə: “Cinayəti törədənlərin azadlıqda qalması çox pis presedent yaradacaq”
Növbəti məqalədəQırğızıstanla Tacikistan ordularını münaqişə bölgəsindən geri çəkirlər