Ərdoğanın Azərbaycan səfərinin bəzi detalları

“Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərçilərimizlə görüşəcəyik”, – o bildirib.

Ərdoğan bildirib ki, Azərbaycanda keçiriləcək Türkiyə-Uels matçını qardaşım İlham Əliyev ilə birlikdə izləməyə gedəcəyəm.

İyunun 16-da Bakıda AVRO-2020 çərçivəsində Türkiyə-Uels matçı keçiriləcək.

Əvvəlki məqaləUkraynanın yeni milli forması Rusiyanı qəzəbləndirdi
Növbəti məqalədəAXCP fəallarına şərti cəza istənildi