ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

ABŞ Aleksey Navalnı məsələsilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bəyan edib.

“Biz Aleksey Navalnı işi ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq etmişik. Hazırda daha bir sanksiyalar paketi hazırlayırıq”, -deyə o, CNN telekanalının efirində bildirib.

Aleksey Navalnı “İv Roşe” şirkətinin vəsaitlərinin qeyri-qanuni şəkildə mənimsənilməsində günahkar bilinərək həbs olunub.

Əvvəlki məqaləErmənistandakı seçkilərin Qarabağa təsiri olacaq? – Lavrov cavablandırdı
Növbəti məqalədə“İranı böyük dəyişikliklər gözləyir” – Əhmədinejad