AXCP fəallarına şərti cəza istənildi

Bu gün Səbail rayon məhkəməsində orduya dəstək yürüşündə ictimai asayişi pozmaqda ittiham edilərək həbs edilənlər AXCP fəallarına cəza istənilib.

Prosesə hakim Ağamalı Qafarov sədrlik edib.

Vəkil Cavad Cavadov bildirib ki, dövlət ittihamçısı çıxış edərək Fuad Qəhramanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Azər Məmmədov, Ayaz Məhərrəmli, İlkin Əliyev, Ramiz Babayev, Fərid Abadov, Tural Vəliyev, Ariz İbadət oğlu, Səbuhi Mustafayev və Elçin Məmmədova şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, noyabrın 16-da bu yürüşlə bağlı həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov istintaqın təqdimatı ilə ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, onlar iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunur.

Əvvəlki məqaləƏrdoğanın Azərbaycan səfərinin bəzi detalları
Növbəti məqalədəBir neçə böyük vebsayta giriş məhdudlaşdırıldı