“Azəristiliktəchizat” cərimələndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azəristiliktəchizat” ASC-ni 1600 manat cərimə edib.

Buna səbəb “Azəristiliktəchizat”ın işçisini qanunsuz olaraq işdən azad etməsi göstərilib.

Nazirlik qərarın çıxarılması üçün cərimə protokolunu Səbail Rayon Məhkəməsinə göndərib. Lakin məhkəmə nazirliyin tərtib etdiyi protokolun düzgün olmadığını əsas gətirərək işə xitam verib.

Daha sonra ƏƏSMN məhkəmənin qərarından apellyasiya şikayəti verib. İşə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Əvvəlki məqaləXarici internet resursları Rusiyada nümayəndəlik açmalı olacaq
Növbəti məqalədəAzərbaycanın əsas ticarət tərəfdaşları – statistika