Bayden-Putin görüşünün planlandığı məkan tikanlı məftillərlə mühasirəyə alınıb

Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə Amerika prezidenti Co Bayden arasında görüşün baş tutacağı “La Qranc” malikanəsi tikanlı məftillərlə mühasirəyə alınıb.

Məlumatlara görə, əraziyə giriş polisin nəzarətindədir. Təhlükəsizlik tədbirləri İsveçrə Xarici İşlər Nazirliyi görüşün bu məkanda baş tutacağına dair açıqlamasından dərhal sonra başlayıb.

Görüş məkanına yaxın ərazilərdə avtomobil saxlamaq qadağan edilib. Əvvəlcədən saxlanılan avtomobillər də ərazidən evakuasiya edilir.

Bununla bərabər, parkda jurnalistlər üçün çadırlar da qurulur. Parka yaxın ərazilərdə iyunun 16-sına kimi avtomobillərin hərəkəti də dayandırılacaq. Eyni zamanda, müxtəlif dövlət qurumlarının öncədən planlanan tədbirləri də təxirə salınıb.

Əvvəlki məqaləFransada psixoloqlar etiraz aksiyası keçirib: “Biz sizi dinləyirik, siz də bizi dinləyin”
Növbəti məqalədəAlmaniya kəşfiyyatı “WhatsApp” yazışmalarını oxuya biləcək