Dünyanın ən yaxşı universitetlərinin yeni reytinqi açıqlanıb

Bakı Dövlət Universiteti

“QS World University Rankings” beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin yeni reytinqini açıqlayıb.

Reytinqə üç ali məktəb – Massaçusets Texnologiya İnstitutu, Oksford və Stenford Universitetləri liderlik edir.

Reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) adı var.

Rusiyadan 48, Türkiyədən 10, İrandan 6, Gürcüstanın isə yalnız 1 universitet bu siyahıya düşə bilib. Reytinq siyahısında Ermənistanın ali təhsil ocaqları yer almayıb.

Əvvəlki məqaləƏli Həsənovun kürəkəni İsfəndiyar Mehbalıyev daxili işlər orqanlarından xaric edilib
Növbəti məqalədəHaaqa tribunalı Ratko Mladiçin ömürlük həbs qərarını saxlayıb