Fransada psixoloqlar etiraz aksiyası keçirib: “Biz sizi dinləyirik, siz də bizi dinləyin”

Fransada bir qrup psixoloq peşələrinin yetərincə ciddiyə alınmamasına etiraz olaraq aksiya keçiriblər.

Fransanın Səhiyyə Nazirliyinin önündə toplaşan psixoloqlar və ixtisası psixologiya olan tələbələr peşələrinin ciddiyə alınmasını, statuslarının tanınmasını və bu sahəyə yatırım edilməsini tələb ediblər.

Polis etirazçılardan nazirlik binasından uzaqlaşmağı tələb etsə də, onlar bu tələbi qəbul etməyiblər.

“Xəstəxanaların hürr iradəsi üçün psixoloqlar ciddiyə alınmalıdır”, “Biz sizi dinləyirik, siz də bizi dinləyin” şüarları ilə keçirilən aksiyada bildirilib ki, psixoloq həmkarlar ittifaqları ölkə ərazisində bu yöndə tədbirlərə başlayır.

Müxtəlif işçi həmkarlar ittifaqlarının da dəstək verdiyi askiya mətbuata açıqlamadan sonra başa çatıb.

Əvvəlki məqaləMakrondan Ərdoğana: “İkimizin də bir-birimizi görməyə ehtiyacımız var”
Növbəti məqalədəBayden-Putin görüşünün planlandığı məkan tikanlı məftillərlə mühasirəyə alınıb