İranda “Mehdi” həyəcanı

İranın İsfəhan şəhərində yaşıl geyimli bir şəxs İmam Mehdi olduğunu iddia edərək at üstündə küçələrə çıxıb.

Mehdi olduğunu iddia edən şəxs “Xamneyiyə ölüm” şüarı səsləndirib. O əlindəki qılıncla insanlara çətin anlar yaşadıb.

Sakinlər onun üzərinə su töküb, qılıncını əlindən almağa çalışsalar da, bacarmayıblar. Polis ”Mehdi”ni atından salaraq həbs edib. Araşdırma aparılır. İlkin mülahizələrə görə özünü Mehdi elan edən şəxs ruhi xəstə olub.

Vətəndaşların şikayətindən sonra hadisə yerinə gələn polis çətinliklə də olsa onu saxlaya bilib.

Əvvəlki məqaləHansı tələbələr təhsil kreditindən yararlana biləcək? – Nazir açıqladı
Növbəti məqalədəXİN rəsmisi beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib