Makrondan Ərdoğana: “İkimizin də bir-birimizi görməyə ehtiyacımız var”

Fransa prezidenti Emmanuel Makaron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fikir ayrılıqları olsa da, görüşməli olduqlarını bildirib.

Mətbuat konfransında danışan Makaron deyib ki, o da, Ərdoğan da NATO ölkələrinin Zirvə görüşündə görüşməyə istəklidirlər.

“Bu yaxşıdır, ikimizin də bir-birimizi görməyə ehtiyacımız var”, – deyə prezident Makron əlavə edib.

Makron bildirib ki, Ərdoğanla Suriya, Liviya və Qarabağ məsələlərini danışmaq istəyir.

Makron əlavə edib ki, Ərdoğanla insan hüquqları və mətbuat azadlığıNA dair məsələləri də danışacaq. Eyni zamanda, birlikdə görülə biləcək işlər də görüşün gündəmində olacaq.

Əvvəlki məqaləBu gün futbol üzrə Avropa çempionatı başlayır
Növbəti məqalədəFransada psixoloqlar etiraz aksiyası keçirib: “Biz sizi dinləyirik, siz də bizi dinləyin”