Paşinyan erməni əsirlərin əvəzinə oğlunu təklif etdi

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan eks-prezident Serj Sarqsyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə cavab verib.

Bu barədə “Sputnik Armeniya” məlumat verib.

Bildirilir ki, Paşinyan bu təkliflə razı olduğunu deyərək Sarqsyanla Robert Köçəryanı “sutenyor və insan alverçiləri” adlandırıb:

“Sənə, uzun illərin rəsmi sutenyoruna və insan alveri üzrə mütəxəssisə deyirəm ki, mən buna razıyam. Və rəsmi olaraq Əliyevə deyirəm – bütün əsirlərin əvəzinə oğlumu təklif edirəm. Rəsmi olaraq deyirəm. Serjik və Robik, insanların alqı-satqısı üzrə mütəxəssislər olaraq sizə bu məsələ ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verirəm. Əgər bu işdən bir neçə min dollar qazansanız lap yerinə düşəcək”.

Köçəryanın tənqidlərinə və onu duelə çağırmasına cavab olaraq isə Paşinyan bildirib ki, birdən bu təklifə razı olar, silahı götürər və darağı onun alnına boşaldar.

“Bundan sonra bunun da zorakılıq olduğunu söyləyəcəksiniz, qatillər?”, – deyə Paşinyan qeyd edib.

Əvvəlki məqaləLaçında tutulan erməni hərbçi ölkəsinə təhvil verildi
Növbəti məqalədəAntonio Quterreş yenidən BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürüldü