Paşinyan Qazaxın 7 kəndi ilə Başkəndi dəyişməyi təklif etdi

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Gədəbəydəki Başkənddən danışıb.

Bu barədə Ermənistan KİV xəbər verib.

O, Tavuş vilayətinə səfəri zamanı Qazaxın 7 kəndi ilə Gədəbəyin ərazisində yerləşən Başkənd kəndini dəyişməyi təklif edib:

“Hazırda situasiya dəyişməz olaraq qalır. Niyə? Çünki bizim də Başkənd (erm.Artsvaşen) kəndimiz Azərbaycanın nəzarəti altındadır. Bizim məntiqimiz belədir – anklav anklavla dəyişdirilməlidir və onların nəzarətində olan ərazi onlara, bizim nəzarətimizdə olan ərazi isə bizə qalmalıdır”.

Əvvəlki məqaləCənubi azərbaycanlı fəal Pərisa Rəfii həbsxanadan azad edilib
Növbəti məqalədə“CoronaVac” vurduranlar Avropaya necə gedəcək?