Putin Köçəryanla bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən telefonla danışıblar.

Məlumatı “Sputnik Armeniya”ya Moskvadakı bir mənbə verib.

Söhbət bir neçə gün əvvəl, may ayında, Robert Köçəryan Rusiyada işgüzar səfərdə olarkən baş tutub.

Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan xəbəri təsdiqləyib:

“Doğrudan da, uzun müddət telefon danışığı oldu, həmsöhbətlər bir sıra məsələləri, xüsusən də bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə etdilər”.

Qeyd olunub ki, bu, Rusiya prezidenti ilə Ermənistanın ikinci prezidenti arasında bu il üçüncü telefon danışığıdır. Əvvəlki söhbət aprel ayında, Robert Köçəryanın Moskvaya səfəri zamanı baş tutub. Koronavirus vəziyyəti səbəbindən söhbət onlayn aparılıb.

Əvvəlki məqaləABŞ qoşunlarının yarısı Əfqanıstandan çıxarıldı
Növbəti məqalədəFransa Prezidentini küçənin ortasında şillələdilər