Yoxsul tələbələrin nəzərinə – iki gün qaldı

E-telebe elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri nazirlik tərəfindən xahiş olunur.

Əvvəlki məqaləSabahdan çimərliklərin fəaliyyəti bərpa edilir
Növbəti məqalədəBaş Qərargah rəisləri yığışır – Nəcməddin Sadıkovu kim əvəz edəcək?