ABŞ-da istintaq orqanlarının jurnalistlərin məlumatlarına çıxışı məhdudlaşdırılıb

ABŞ-da istintaq zamanı jurnalistlərə aid məlumatlara çıxışı məhdudlaşdırılıb.

Bu barədə ABŞ ədliyyə naziri Merrick Qarland tərəfindən bütün federal prokurorlara göndərilən təlimatda qeyd olunub.

Bildirilib ki, həssas informasiya sızıntılarını araşdırarkən istintaq orqanının jurnalistlərin məlumatlarına çıxışı qadağan edilir.

Qeyd olunub ki, jurnalistlərin terror qruplaşmaları ilə əlaqədə olması, adam oğurluğu, uşaq cinayətləri halı kimi hallar istisna olmaqla, jurnalistlərin telefon və e-mail kimi əlaqə vasitələrinə baxmaq qadağan edilib.

May ayındakeçmiş prezident Donald Trampın dönəmində Rusiya araşdırması çərçivəsində CNN, ‘Washington Post’, ‘Nyu York Times’da işləyən bəzi jurnalistlərin məlumatlarına nəzarət edilməsi üzə çıxmışdı. Hazırkı prezident Bayden isə bunu tənqid edib yanlış olduğunu demişdi.

Əvvəlki məqaləXİN-dən Ermənistana cavab: “Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, müdrik siyasət deyil”
Növbəti məqalədəRusiyada seçki məntəqələrində salamlaşmaq və qida qəbulu qadağan edilib