Aİ-nin xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsindən narahatdır

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Koyvo Klaar Ermənistan və Azərbaycanın dövlət sərhəddində yeni gərginliklə bağlı narahatlığını bildirib.

Avropalı diplomat bu barədə ‘Twitter’ hesabından açıqlama yayıb. Koyvo Klaar bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhəddində dərin narahatlıq doğuran hadisələr davam edir.

“Yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır”, – deyə diplomat yazıb.

Əvvəlki məqaləOlimpiya Oyunlarının şüarı dəyişdirildi
Növbəti məqalədəBelarusun müxalifət lideri Svetlana Tixanovskaya Vaşinqtonda səfərdədir