Azərbaycan klubu “Barselona”nın sabiq futbolçusunu heyətinə qatdı

“Sabah” İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.

Paytaxt təmsilçisi bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb və “Sabaha saxlamadıq” yazıb. Müqavilə ilə Polşa “Yagelloniya”sına məxsus olan ispaniyalı oyunçu icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcək.

O, tezliklə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Xuan Kamara 2014 – 2016-cı illərdə “Barselona”nın əvəzedici, 2016 – 2018-ci illərdə isə əsas komandasında çıxış edib.

Əvvəlki məqaləXəbərlərin istinadlı və istinadsız istifadə olunması ilə bağlı qaydalar müəyyənləşib
Növbəti məqalədəAzərbaycan yenidən Moskvanın orbitinə qayıdır – Şahin Cəfərli