Azərbaycanda “TURKOVAC”ın 3-cü faza sınaqları keçiriləcək

“Azərbaycanda “TURKOVAC”ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”.

Bunu APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq:

“Sınaqlar könüllü şəkildə keçiriləcək”, – deyə V. Qasımov bildirib.

Türkiyə istehsalı “TURKOVAC”ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq.

Əvvəlki məqaləLGBT və Stalinqrad döyüşü – Tengiz Ablotiya
Növbəti məqalədəAzərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb