Ekspertlərin fikrincə qlobal fəlakətlər proqnozlaşdırılandan əvvəl başlayıb

Alimlər bir çox ölkələrdə ekstremal hava şəraitinin yalnız hava anomaliyaları ilə deyil, dünyada proqnozlaşdırılandan əvvəl başlayan qlobal istiləşmənin fəlakətli nəticəsi ilə əlaqələndirirlər.

“Bloomberg”in məlumatına görə, iqlimdə temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,2 dərəcə selsi isinib və istiləşməyə davam edəcək.

Məlumatlara görə, Sibir və ABŞ-ı meşə yanğınları, Qərbi Avropanı daşqınlar əsarətinə alıb. Bildirilir ki, təkcə iyulun son həftəsində, daşqınlar səbəbindən Çinin Henan əyalətində 380 min insan evakuasiya edilib, Uqandada (Afrika) 30 kəndə zərər dəyib və Hindistanın Mumbay şəhərində 164 nəfər ölüb.

Bundan başqa, hazırda Türkiyə və Şimali Amerikada son dərəcə yüksək temperatur (50 dərəcəyə qədər), Braziliyada və Afrikanın cənubunda isə görünməmiş soyuq (-1-dən aşağı) müşahidə olunur.

Finlandiyada indiyə qədər qeydə alınan ən uzunmüddətli istilər müşahidə olunur. 31 gün ərzində istilik 25 dərəcə selsidən aşağı düşməyib.

İranda isə son onilliklərdə müşahidə olunan ən isti yay ölkənin cənub-qərbində su qıtlığına səbəb olub.

Bütün bu təbii fəlakətlərin ümumi bir cəhəti var – qlobal istiləşmə. Alman meteoroloq Yohannes Kvaasın sözlərinə görə, istixana qazı tullantılarına iqlimin reaksiyası dərhal görünmür. Bu gün görünən anormal temperatur və müvafiq hava hadisələri, on illər əvvəl atmosferə daxil olan tullantıların nəticəsidir.

Kvaas hesab edir ki, dünya 2050-ci ilə qədər sıfır qaz tullantısına çatsa da, iqlim tarazlığına çatana qədər planet istiləşməyə davam edəcək. Alimlər əsrin sonuna qədər iqlimin sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə isti olacağını təxmin edirlər. Bununla birlikdə, heç kim proqnozlardan 100 faiz əmin ola bilmir – planetdə ilk dəfə belə bir təcrübə aparılır.

Əvvəlki məqaləBu gün casusluqda ittiham olunan ermənilərə hökm oxundu
Növbəti məqalədəFacebook yeniyetmələri hədəf alan reklamları məhdudlaşdıracaq