Gürcüstan Azərbaycanla sərhədlərin açılması ilə bağlı açıqlama verdi

“Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.

Gürcüstan KİV xəbər verir ki, bunu iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Karivişvili deyib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar aparılıb:

“Azərbaycanla danışıqlar yüksək səviyyədə aparıldı. Bilirsiniz, iki ölkə arasında çox yaxşı əlaqələr var və düşünürük ki, Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.

Əvvəlki məqaləBelarusun müxalifət lideri Svetlana Tixanovskaya Vaşinqtonda səfərdədir
Növbəti məqalədəTürkiyə pilotsuz döyüş təyyarələrini nümayiş etdirib