Gürcüstanda epidemioloji vəziyyət pisləşib, ölkə “qırmızı” zonaya keçib

“Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:

“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməkdə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”.

Əvvəlki məqaləTürkiyə pilotsuz döyüş təyyarələrini nümayiş etdirib
Növbəti məqalədəBakıda 16 mərtəbəli yaşayış binası yanır – FHN və polis əməkdaşları xəsarət alıb