Haiti prezidenti öldürülüb

Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb.

“Deutshce Welle” nəşri xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Klod Jozef deyib.

Onun sözlərinə görə, prezidentin iqamətgahı yerli vaxtla gecə saat 01:00-da naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Hücum zamanı ölkənin birinci xanımı Martine Moiz də yaralanıb. O, hazırda xəstəxanadadır.

Əvvəlki məqaləAzərbaycan yenidən Moskvanın orbitinə qayıdır – Şahin Cəfərli
Növbəti məqalədəQarabağ iqtisadi rayonu yaradılıb, Xankəndi də daxil edilib