İran Parlamenti sosial şəbəkələrə məhdudiyyətlərlə bağlı qanunu qəbul edib

İran Parlamenti bu gün keçirdiyi səsvermədə xarici sosial və mesajlaşma şəbəkələrinə məhdudiyyətlərin tətbiq edilməsilə bağlı qanun layihəsini sınaq müddəti üçün qəbul edib.

İran Parlamentinin üzvlərindən 121-i qanun layihəsinin icrasının lehinə, 74-ü isə əleyhinə səs verib, 9 nəfər isə səsvermədən imtina edib. İran Parlamenti bu qanun layihəsinin ölkənin konstitusiyasının 85-ci maddəsinə əsasən qəbul edildiyini bildirir.

Qanun layihəsi ölkənin “Nəzarət Şurası” tərəfindən qəbul ediləcəyi təqdirdə sınaq müddəti üçün icra ediləcək.

Əvvəlki məqaləErmənistan ehtiyatda olan hərbçiləri təlimlərə çağırmağı planlaşdırır
Növbəti məqalədəLeyla Şıxlinskaya vergilərlə bağlı mübahisələrə görə məhkəməyə verildi