İranda koronavirusdan ölənlərin sayı 88 mini keçib

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 226 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 88 063 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 313 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 623 840 nəfərə çatıb.

Əvvəlki məqaləGürcüstanın Azərbaycana borcu azalıb
Növbəti məqalədəDaha bir ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi edildi