UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Azərbaycanı yeni turnirdə təmsil edəcək 3 klubdan birinin – “Keşlə”nin potensial rəqibi müəyyənləşib.
II raundda Rusiya “Soçi”si ilə qarşılaşacaq paytaxt təmsilçisi rəqibini məğlub edəcəyi halda, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) – “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
AEL (Kipr) – “Vlajnia” (Albaniya) – “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail)
Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 – 12 avqustda olacaq.