Koronavirusun yeni ştammı qeydə alındı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “lyambda” ştammının 30-dan çox ölkədə yayılmasını qeydə alıb.

Bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Maria Van Kerkhove Tvitter hesabında yazıb.

“Bu olduqca gənc ştammdır. Əsasən, Şimali və Cənubi Amerika ölkələrində yayılıb. İndiyədək 30-dan çox ölkədə qeydə alınıb”, – deyə Kerkhove deyib.

Qeyd edək ki, “lyambda” ilk dəfə iyunun sonunda Braziliyada aşkarlanıb.

Əvvəlki məqaləBritaniyada yoluxmanın artmasına rəğmən əksər koronavirus məhdudiyyətləri ləğv edilir
Növbəti məqalədəOlimpiya Oyunlarının şüarı dəyişdirildi