Naxçıvan istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutuldu, zabit yaralandı

19 iyul saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri  Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, Azərbaycan mövqeləri Ermənistanın Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən atəşə tutulub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş-leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Əvvəlki məqaləAzərbaycanda Qurban bayramıdır
Növbəti məqalədəXİN-dən Ermənistana cavab: “Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, müdrik siyasət deyil”